Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakının mərkəzi yolları bağlanacaq

Martın 15-də Bakının bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, məhdudiyyətlər İsveçrə prezidentinin Azərbaycanda rəsmi səfərdə olması ilə bağlıdır. Martın 15-də səhər saatlarından başlayaraq tədbirlər başa çatanadək Aeroport şosesi, Mərdəkan, Buzovna dairələri istiqamətində, İçərişəhər istiqamətinə, Böyük Şor küçəsi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Neftçilər prospektləri, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri istiqamətində avtomobillərin hərəkəti dayandırılacaq. Sürücülərə nativ yollardan istifadə etmək tövsiyə olunur.


Eləcə də Rəşid Behbudov, Bakıxanov küçələri, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, həmçinin əks istiqamətdə, Həsən Əliyev küçəsi, Qələbə meydanı, Fətəli xan Xoyski prospektində maşınların park edilməsi qadağan olunacaq.


Yol Polisi sürücülərə və avtomobil sahiblərinə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələrini məsləhət görür.






14 Mart, 2011  15:42 Baxılıb: 1417 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner