Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Erməni mətbuatı müharibəyə hazır olmadıqlarını yazır

"Ermənistan hələ başlamamış müharibədə məğlubiyyətə addım-addım yaxınlaşır"

Simsar.az -ın məlumatına görə, «ArmeniaReport» portalında yerləşdirilən məqalədə bildirilir ki, müharibə başlayarsa, erməni tərəfinin «təcavüz»ün qarşısını almaq üçün resursları çatmayacaq: «Geosiyasi və geoiqtisadi baxımdan Azərbaycan həm Qərbin, həm də Rusiyanın vacib tərəfdaşıdır. Yəni hərbi əməliyyatlar bərpa olunarsa, «təcavüzkar»a ciddi təzyiq olacağını gözləməyə dəyməz. Üstəlik, Azərbaycan diplomatiyası dünyanı tam inandırıb ki, əraziləri Dağlıq Qarabağın deyil, Ermənistanın ordusu işğal edib. Demək, ərazisi üzərində suverenliyini bərpa etmək üçün tam qanuni hüquqa malikdir. Beləliklə, özündənrazı diplomatlarımızın bacarıqsızlığı üzündən beynəlxalq ictimaiyyət tam şəkildə Azərbaycanın tərəfindədir».

Məqalədə ordunun qüdrətinin əsas şərti olan iqtisadi vəziyyətin də ermənilərin xeyrinə olmadığı etiraf olunur: «Düşmənin ordunun ehtiyaclarına xərclədiyi vəsait bizim dövlət büdcəmizi geridə qoyur. Bu, zarafat deyil. Çünki erməni əsgərləri nə qədər cəsarətli olsalar da, onlar Azərbaycanın aldığı supermüasir silahlar qarşısında acizdir».
Müəllif hesab edir ki, ermənilərin Rusiyaya ümid etməsinə də dəyməz: «Nəticə aydındır: Qarabağ iflasa məhkumdur. Nə qədər ki, qanlı klan hakimiyyətdədir, Ermənistan hələ başlamamış müharibədə məğlubiyyətə addım-addım yaxınlaşır».






12 Mart, 2011  16:24 Baxılıb: 1371 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner