Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yeni növ avtobuslar

Onların mətbəxi də var

Bu gün Bakıda ölkəyə yeni gətirilmiş sərnişin avtobuslarının təqdimatı keçirilib.

Nəqliyyat Nazirliyindən “APA-ECONOMICS”ə verilən məlumata görə, paytaxtda və regionlarda sərnişindaşıma sahəsində aparılan islahatların davamı olaraq 3 modeldə 52 ədəd iri və orta tutumlu avtobus gətirilib.

25 (+14), 28 (+14) yerlik orta tutumda və 50 (+2) yerlik iri tutumda olan yeni “TEMSA” markalı avtobuslar Türkiyə istehsallıdır. Yeni avtobusların əsasən rayonlararası sərnişindaşımada istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda Nəqliyyat Nazirliyi həmin avtobusların hansı xətt üzrə reysə buraxılacağını müəyyənləşdirir.

Qeyd edək ki, 50 (+2) yerlik iri tutumlu avtobuslarda sərnişinlərin rahatlığı üçün hər şərait var. Monitordan, kondisionerdən, lazımi mətbəx avadanlıqları - soyuducu, çay dəstindən əlavə, avtobuslarda ayaqyolu da quraşdırılıb. Bundan əlavə, yeni avtobuslarda təyyarələrdə olduğu kimi, sərnişinlərə xidmət göstərən şəxslər də işləyəcək.






11 Mart, 2011  20:24 Baxılıb: 1607 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner