Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rezidenturaya qəbul qaydaları açıqlanıb

TQDK ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul qaydalarını elan edib

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.

Rezidenturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla həyata keçiriləcək. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, rezidenturaya yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslara qəbul oluna bilərlər. Rezidenturaya qəbul həkimin ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisaslar üzrə aparılacaq.

E.Nağızadə deyib ki, həkimlər qəbul imtahanında iştirak etmək üçün təyin olunacaq vaxtda TQDK-nın rəsmi internet saytında “Həkimin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissıyasına (SQK-a) tələb olunan sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

Rezidenturaya qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul imtahanında iştirak etmək üçün “Həkimin elektron ərizəsi” formasını TQDK-dakı SQK-da şəxsən doldurmalı və yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsini təqdim edib ərizələrini təsdiq etdirməlidirlər. Həkimlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisas seçimini təsdiqləməlidirlər.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. İmtahan verdiyi proqrama aid olan ixtisasların seçimində iştirak etmək üçün həkimin imtahandan topladığı bal TQDK tərəfindən müəyyən edilən tələblərə uyğun olmalıdır.
Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və həkim topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

E. Nağızadənin sözlərinə görə, müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerləri olan ixtisaslara yerləşdirmə aparıla bilər.

Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılacaq. Yerləşdirilmə həkimin öz ərizəsində qeyd etdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisasların qəbul planı çərçivəsində həyata keçiriləcək. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox həkimi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər - baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət bal və ixtisas fənni üzrə testdən toplanılan bal nəzərə alınacaq.

Təhsilalma formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Həkim müəyyən olunmuş müddətdə imtahanın nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan apelyasiya komissiyasına müraciət edə bilər.

Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanacaq. Həkim öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, digər rabitə və ya köməkçi vasitələri gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlıqlara yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv ediləcək.






10 Mart, 2011  21:54 Baxılıb: 1550 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner