Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İlham Mirzəyev “Space”dən qovuldu

Aprelin 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq müddətində həbs edilən “Space” TV-nin tanınmış aparıcısı, baxıcı İlham Mirzəyev telekanal rəhbərliyinin qərarı ilə işdən kənarlaşdırılıb.

Teleaparıcının həbsi ilə əlaqədar onun aparıcısı olduğu “Etibar edin” verilişi bağlandıqdan bir müddət sonra rəhbərlik İlham Mirzəyevi işdən azad etmək qərarına gəlib. Buna səbəb teleaprıcının həbsi ətrafında yaranan məsələ olub.

Məlumata görə, mətbuatın ölkədə cərəyan edən siyasi proseslərdə İlham Mirzəyev izi axtarması telekanal rəhbərliyini təşvişə salıb və əlavə problemdən qurtulmaq üçün bu qərara gəlinib.

“Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev məsələ ilə əlaqədar aktual.az-a açıqlamasında məzuniyyətdə olduğunu əsas gətirərək yayılan məlumata şərh verməkdən imtina etdi: “İndi bu haqda əlavə şərh verə bilməyəcəm. Birinci gün işə çıxdıqdan sonra sizin suala cavab verə bilərəm”.

Xatırladaq ki, İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. Teleaparıcıya Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb və o, iki aylıq müddətində həbs edilib.







30 Aprel, 2014  17:26 Baxılıb: 941 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner