Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanın tolerantlıq modelinin İndoneziyada təqdimatı keçiriləcək

Elşad İskəndərov BMT-nin Sivilizasiyalar Alyansının  nümayəndəsi ilə görüşüb

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Qrupunun görüşündə iştirak etmək məqsədilə Qətərin paytaxtı Dohada səfərdədir.

Komitənin mətbuat xidmətindən Simsar.az-a  verilən məlumata görə, görüş İndoneziyada bu ilin avqustunda keçiriləcək Sivilizasiyalar Alyansının Qlobal Forumunun gündəliyinin tərəfdaş ölkələri ilə müzakirə məqsədilə keçirilir.

Səfər zamanı E.İskəndərov BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Əbüdələziz ən-Nassirlə görüşüb. Görüşdə ali nümayəndə mədəniyyətlərarası dialoqun və dini tolerantlığın gücləndirilməsi istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin xüsusi rolunu qeyd edib, BMT Sivilizasiyalar Alyansının fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib və bu sahədə Azərbaycan prezidentinin təşəbbüslərinə hər zaman dəstək verməyə hazır olduqlarını ifadə edib.

Ali nümayəndəyə təşəkkürünü bildirən E.İskəndərov ölkə başçısının dini tolerantlıq və mültikulturalizm sahəsində təşəbbüsləri haqqında ətraflı məlumat verib. Görüşdə həmçinin Azərbaycanın tolerantlıq modelinin İndoneziyada keçiriləcək növbəti Qlobal Forumunda Sivilizasiyalar Alyansı ilə birgə təqdimatının keçirilməsi haqqında razılıq əldə edilib. 100-dən artıq dövlət və beynəlxalq təşkilatın iştirak etdiyi və dünən başlamış görüşün iclasında çıxış edən Dövlət Komitəsinin sədri Azərbaycanda mədəniyyətlərarası dialoq və dini tolerantlığın əsrlərlə formalaşmış ənənələrə dayanaraq yüksək səviyyədə inkişaf etdiyindən, həmçinin bu tolerantlığın daha da möhkəmləndirilməsi və dünyada örnək olaraq təbliğ edilməsi məqsədilə ölkəmizin həyata keçirdiyi tədbirlər və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib. Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Mədəniyyətlərarası Forumu çərçivəsində, ölkəmizin dəstəyi ilə Forumun əsas tərəfdaşı olan BMT Sivilizasiyalar Alyansının 20-dən artıq tədbirinin keçirildiyini vurğulayan natiq bunun Azərbaycanın SA-nın inkişafına dəstəyinin nümunəsi olduğunu qeyd edib.

E.İskəndərov həmçinin qeyd edib ki, DQİDK ilə BMT SA arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən 2 qurum qlobal dinlərarası dözümlülük və dialoqa müsbət təsir göstərəcək layihələr həyata keçiriblər. Bunların sırasında Heydər Əliyev Fondunun təşəbbüsü qeyd olunan Seyid Yəhya Bakuvinin yubileyinə həsr edilmiş və UNESCO-nun baş qərargahında ötən il keçirilmiş elmi simpozium, BMT və Avropa Parlamentlərinin qərargahlarında keçirilmiş “Azərbaycan-tolerantlıq məkanı” adlı fotosərgilərin birgə təşkil edilməsinin əhəmiyyəti qeyd olunub. Komitə sədri həmçinin İndoneziyada keçiriləcək Sivilizasiyalar Alyansının Forumunda bu təcrübədən istifadə olunaraq konkret layihələr təcrübəsinin geniş yayılmasına xüsusi diqqətin ayrılmasını da təklif edib.

Simsar.az







30 Aprel, 2014  17:16 Baxılıb: 854 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner