Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Parlamentdə uşaqlar və hamilə qadınlar müzakirə olundu

Komitə sədri: “Biz bu qanun layihəsinin həyata keçməsində israrlıyıq. Əgər bir az da bu qanun layihəsinə ixtisarlar edilsə daha heç nə qalmayacaq”

Millət vəkili: “Azərbaycanda UZİ aparatlarından hamilə qadınların sağlamlığını yoxlanılması üçün deyil, uşaqların cinsiyyətini müəyyən etmək üçün istifadə edilir”.

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Simsar.az xəbər verir ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib. İclası açan sədr Hadı Rəcəbli sosial siyasət komitəsinin gündəliyində duran qanun layihələri barədə məlumat verib. Bildirilib ki, Komitə “Reproduktiv sağlamlığın qorunması haqqında” və “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihələri müzakirə olunacaq.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi haqqında məlumat verdi. Qeyd olundu ki, bu gün Azərbaycanda bu qanunun qəbul olunmasına ehtiyac var:“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun reproduktiv hüquqların həyata keçirilməsi üçün hüquqi əsasları müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. 4 fəsil və 24 maddədən ibarət qanun layihəsinə baxılıb və üzərində müəyyən dəyişikliklər edilib”.

Millət vəkili Hadı Rəcəbli “Biz bu qanun layihəsinin həyata keçməsində israrlıyıq. Əgər bir az da bu qanun layihəsinə ixtisarlar edilsə daha heç nə qalmayacaq” – deyib.

Millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, Azərbaycanda UZİ aparatlarından hamilə qadınların sağlamlığını yoxlanılması üçün deyil, uşaqların cinsiyyətini müəyyən etmək üçün istifadə edilir. “Bu gün ölkədə abortlar ən çox uşağın cinsinə görə aparılır. Uşaqların cinsiyyətini isə UZİ aparatlar vasitəsilə öyrənirlər. Buna görə də öncədən uşağın cinsinin müəyyən edilməsi qanunla qadağan olunmalıdır.

Sonra isə gündəlikdə duran digər məsələ “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi müzakirə olunub. Komitəs sədri ölkədə uşaqların istirahətində qarşıya çıxan problemlərdən danışıb. Qeyd olunub ki, Azərbaycanda hazırda 30-dan çox uşaq istirahət mərkəzi bərbad gündədir. Digər uşaq istirahət mərkəzlərində isə qaçqın və məcburi köçkünlər məskən salıblar. Buna görə də bu qanun layihəsinin qəbul olunması çox vacibdir.

İclasın sonunda Komitə sədri Heydər Əliyev Fondunun dəstəyi ilə yeni nəşr olunacaq “Heydər Əliyev Azərbaycanın sosial müdafiə strategiyasını banisidir” kitabından danışıb. H.Rəcəbli qeyd edib ki, Heydər Əliyev Mərkəzi “Heydər Əliyev İrsini öyrənir” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərdən biri də ulu öndərin Azərbaycanın sosial müdafiə stratergiyasının təməlini qoyması və inkişaf etdirilməsinin araşdırılmasıdır.

Sonda millət vəkilləri qanun layihələrini təsdiqləyiblər. Qərara alınıb ki, qanun layihələri daha da təkmilləşdirilsin.

Elmar Hüseynov

 

 






30 Aprel, 2014  16:53 Baxılıb: 721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner