Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

10 il uşağı olmayanlara – ŞAD XƏBƏR

Belə ailələrdə süni mayalanma dövlət hesabına aparılacaq

“Bu gün nikaha girənlərin 9-11%-nin uşağı olmur. Yəni təxminən 9 min nəfər övladsız qalır”. Simsar.az xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli jurnalistlərə açıqlamasında belə deyib.

Millət vəkili bildirib ki, 10 ildən çox uşağı olmayan ailələrə dövlət vəsaiti hesabına süni mayalanma əməliyyatı tətbiq olunacaq. “Sözügedən əməliyyat çox bahalıdır. İmkansız, kasıb ailələr buna gedə bilmirlər. Düşünürük ki, belə bir dəstək olsun. Qanunda 10 ildən çox uşağı olmayan ailələrə süni mayalanmasının edilməsi nəzərdə tutulur. Bu müdaxilələr olarsa övladı olmayan 11% -i aşağı endirə bilərik. Qanunda həmçinin aborta getməmək kimi məsələlər var. Qadınlara elə dərmanlar verilməlidir ki, arzuolunmaz hamiləliyin qarşısı alınsın. Buna görə də sosial müdafiəyə xüsusi ehtiyacı olan ailələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Məlumdur ki, sözügedən əməliyyat çox vəsait tələb edir. Bu səbəbdən də imkansız ailələr bu əməliyyatı etdirməkdə çətinlik çəkirlər. Ona görə də belə yenilik etməyi nəzərdə tuturuq. Bununla da övladı olmayan ailələrin faiz göstəricisini azalda bilərik".

Komitə sədri onu da qeyd edib ki, qanunda həm də qadınların aborta getməməsi kimi məsələlər də yer alıb: "Misal olaraq, ucqar ərazilərdə qadınlara elə dərmanlar verilməlidir ki, arzuolunmaz hamiləliyin qarşısı alınsın".

Süni mayalanma zamanı donorların yalnız azərbaycanlı olub-olmaması ilə bağlı məsələyə də aydınlıq gətirən H. Rəcəbli vurğulayıb ki, bununla bağlı hələlik bir nəticəyə gəlinməyib: "Dini nöqteyi nəzərdən qanunda süni mayalanmanın tətbiq olunması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin mövqeyi müsbət oldu. Süni mayalanma zamanı kənar şəxsin yalnız bir dəfə donor olmasına icazə veriləcək. Təbii ki, bunun da səbəbləri var. Gələcəkdə bir nəfərin bir neçə dəfə donor olması bacı qardaş nigahlarına səbəb ola bilər. Şeyx də qanunda bir nəfərin bir neçə dəfə donor olmasına etiraz etdiyindən biz də haqlı narazılıqları nəzərə alaraq qanunda bu kimi problemləri aradan qaldırmışıq".

Qeyd edək ki, hazırda qanunda bir şəxsin yalnız beş ailə üçün donor ola biləcəyi nəzərdə tutulur.

Elmar Hüseynov

 

 






30 Aprel, 2014  16:00 Baxılıb: 812 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner