Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir: “…Azərbaycan ərazilərindən çıxarılmalıdır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan İsrail xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanla İsrail arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər siyasi, iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparıb.

E.Məmmədyarov qonaqlara Dağlıq Qarabağ danışıqları barədə məlumat verib. Münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini önə çəkən nazir qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

Öz növbəsində A.Liberman Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərin inkişafında rolunu müsbət qiymətləndirib.

 






30 Aprel, 2014  16:20 Baxılıb: 673 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner