Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Sonuncu” filmi Kannda

Orijinal Rusiya-Azərbaycan layihəsi olan “Sonuncu” (“The Last One”) qısametrajlı bədii filmi 67-ci Kann kinofestivalının təşkilat komitəsi tərəfindən əsas proqramda iştirak etmək üçün seçilmiş 9 kinofilmdən biri olub. Ümumiyyətlə, 2014-cü ildə müsabiqəyə dünyanın 128 ölkəsindən 3450 kinofilm göndərilib.

“Buta Films” şirkətinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, dünyanın hər bir yerindən kinematoqrafçıları hər il bir araya gətirən ən əhəmiyyətli və geniş əhatəli festivallardan biri sayılan Kann kinofestivalı bu il mayın 14-dən 25-dək keçiriləcək.

“Sonuncu” (“The Last One”) quruluşçu rejissor Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii filmdir.

Qoca hamının sonunu görmüşdü. Dostları, həyat yoldaşı, uşaqları artıq bu dünyada yox idilər. Lakin o, tənha deyildi. Dəhlizdə xırıltılı səslə köhnə bir soyuducu işləyirdi – məhz o, qocaya yaxınlarını əvəz edirdi.

Qoca sonuncu dəfə evdən çölə nə vaxt çıxdığını unutmuşdu – buna ehtiyac da yox idi. Qonşuluqda yaşayan bir oğlan həmişə ona lazım olan ərzağı gətirirdi. Bundan artıq isə ona heç nə lazım deyildi.

Qoca belə bir həyat prinsipi ilə yaşayırdı: “Ömrünün hər gününü son günü kimi yaşa”. Buna görə də o, hər axşam yerinə uzanarkən, ölməyə hazır idi. O, yuxudan sağ oyanıb ayaqlarını döşəməyə sürtə-sürtə soyuducuya yaxınlaşırdı. Bu, adi bir həmsöhbət deyildi. O, gah xırıldayıb yerindən atılır, gah da “süzünü qurtarmamış” səsini kəsib dayanırdı. Bu, qocanı qıcıqlandırırdı. O, öz yeganə dostunun əhvalını qabaqcadan hiss edə bilmirdi. O, hər gün soyuducunun qarşısında əyləşərək qeyd edirdi: “8.00 – işə düşdü; 9.15 – dayandı; 9.47 – işə düşdü...”. Bu yolla o, dostunun həyatda mövcud olmasının qanunauyğunluğunu başa düşməyə ümid edirdi.

O gün həmişəki kimi adi qaydada başlayırdı. Qoca yenə də yuxudan sağ-salamat oyanıb eyvana tərəf gedir. Bu dəfə soyuducu özünü lap pis aparırdı. Qoca bərk hirslənərək televizoru yandırır – o, bunu uzun illərdən sonra ilk dəfə idi ki, edirdi. Və bu, onun bütün həyatını dəyişir...

“Sonuncu” qısametrajlı bədii filmi “Buta Films” şirkətinin və “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalıdır. Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15 dəqiqəlik filmin çəkilişləri Şabran şəhərində, Bakının 120 kilometrliyində yerləşən Sura kəndində aparılıb.

“Sonuncu” filmi rusiyalı və azərbaycanlı gənc prodüserlər Mariya İvanovanın və Nəsib Piriyevin (“Buta Films” şirkəti) bədii kino sənətində debütüdür. Buna qədər onlar sənədli film layihələri üzərində çalışmışlar. “Buta Films” şirkətinin fəaliyyət göstərdiyi səkkiz il müddətində efirə və prokata təqribən 80 sənədli film və dövri proqram çıxarılıb.

“Buta films” kino şirkəti – “Buta” İncəsənət Mərkəzinin fəaliyyət istiqamətlərindən biridir. Bu, Azərbaycan mədəniyyətinin bütün dünyada populyarlaşdırılmasını özləri üçün prioritet məsələ sayan peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır.

Günel

 






30 Aprel, 2014  14:18 Baxılıb: 2050 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner