Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abituriyentlərdən sənəd qəbulu başa çatır

Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən sənəd qəbulu başa çatır

Bu gün 2014/2015-ci tədris ili üçün Azərbaycanda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin sənəd qəbulu başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Simsar.az-a -ya verilən xəbərə görə, aprelin 1-dən başlayan bu prosesdə indiyədək 95310 nəfər sənəd verib. Sənəd verərək ərizəsini təsdiqlədən abituriyentlərin 86649-u Azərbaycan, 8661-i isə rus bölməsi üzrə sənədlərini təqdim edib. Abituriyentlərin 34668-i I, 23031-i II, 25706-sı III, 11905-i IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ərizəsini təsdiqləyib.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər aprelin 1-dən 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və komissiyanın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdırlar. Abituriyentlər ödəmə kartını internet ödəmə xidmətləri və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə edə bilərlər.

 






30 Aprel, 2014  13:42 Baxılıb: 590 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner