Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ukrayna döyüşə hazırlaşır

Rusiyanın ölkəyə hücum ehtimalı ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Simsar.az-ın verdiyi məlumata görə, bunu vilayət dövlət administrasiyalarının rəhbərləri ilə Kiyevdə keçirdiyi müşavirədə Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov deyib.

A. Turçinov Donetskdə vəziyyətə nəzarət edə bilmədiklərini etiraf edib: “Bu gün Donetsk şəhərində hakimiyyət situasiyaya nəzarət edə bilmir. Donetsk vilayətinin bir hissəsində də vəziyyət belədir”.

A. Turçinov Luqansk vilayətində Təhlükəsizlik Xidmətinin, vilayət administrasiyasının və prokurorluğun binalarının ələ keçirildiyini, Daxili İşlər İdarəsinə hücumun isə dəf edildiyini bildirib: “Donetsk vilayətində xüsusilə təhlükəli vəziyyət yaranıb. Slavyansk şəhəri Rusiyanın nəzarətindəki terrorçu və təxribatçı qruplar tərəfindən ələ keçirilib”.

Yerli güc strukturlarının Donetsk və Luqanskda vəziyyəti nəzarət altına almağa qadir olmadıqlarını söyləyən müvəqqəti prezident qeyd edib ki, təxribatçı qruplar may bayramları zamanı Xarkov, Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində də vəziyyəti gərginləşdirmək tapşırığı alıblar: “Mən bu regionların rəhbərlərinə və güc strukturlarına müraciət edirəm ki, işi gücləndirsinlər. Kəşfiyyatın məlumatlarına görə, müxtəlif təxribatlar baş verə bilər. Lakin panikaya düşmək lazım deyil”.

 






30 Aprel, 2014  13:09 Baxılıb: 621 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner