Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Moldovalı rəssamın sərgisi açılıb

Azərbaycanda Moldova mədəniyyəti günləri çərçivəsində "Qalereya-1969" salonunda moldovalı fotoqraf-rəssam Mixay Potırnikenin sərgisi açılıb. "Moldova Respublikası: torpaq və insanlar" adlı sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət günlərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan olacağını bildirib. Qeyd olunub ki, Avropanın bir çox ölkələrində əsərləri nümayiş olunan tanınmış moldovalı rəssamın sərgisi dost ölkənin mədəniyyəti ilə bir daha yaxından tanış olmaq imkanı yaradır: "Sevindirici haldır ki, son illər biz bu sahədə də əlaqələri genişləndirmişik. Məsələn, Azərbaycandan 4 nəfər rəssam Moldovaya yaradıcılıq səfərinə gedib, həmçinin Moldovadan 4 rəssam Azərbaycana gəlib. Əlbəttə, bütün bunlar təcrübə mübadiləsi olmaqla yanaşı, əlaqələrin genişləndirilməsində atılan addımlardır. Biz çalışacağıq ki, belə mədəniyyət layihələrimizi, tədbirlərimizi gələcəkdə də davam etdirək. Bu isə ölkələrimizlə yanaşı, xalqlarımızın da yaxınlaşması deməkdir".

Moldovanın mədəniyyət naziri Monika Babuk son 10 ildə artıq dördüncü dəfə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsindən məmnunluğunu diqqətə çatdırdı: "Biz istərdik ki, mədəni əlaqələrimiz daim yüksələn xətt üzrə davam etsin. Mədəni əlaqələrimiz çərçivəsində filmlərimizi, musiqimizi, incəsənətimizi daha da yaxından tanıya bilərik".

Moldovalı fotoqraf-rəssam Mixay Potırnike öz əsərlərindən ibarət albomu nazir Əbülfəs Qarayevə hədiyyə etdi və Bakıda sərgisinin keçirilməsindən məmnunluğunu bildirib.

Sonra sərgiyə baxış keçirilib. Ekspozisiyada rəssamın Moldovaya həsr olunmuş 40-dək ağ-qara foto əsəri nümayiş etdirilib. Müxtəlif mənzərə fotoları, insanların həyat tərzindən bəhs edən təsvirlər maraqla qarşılanıb.

Günel







30 Aprel, 2014  10:01 Baxılıb: 791 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner