Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Moldova Mədəniyyəti Günlərinin təntənəli açılışı olub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Moldova Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, Moldova Mədəniyyəti Günlərini Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Moldovanın mədəniyyət naziri Monika Babuk açıb.

Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından qonaqları səmimi salamlayaraq qeyd etmişdir ki, ölkələrimiz müstəqillik əldə edəndən sonra onların arasında qardaşcasına münasibətlər yaranıb. Nazir xatırladıb ki, bu illər ərzində Azərbaycanda artıq dördüncü dəfə Moldova Mədəniyyəti Günləri keçirilir.

Monika Babuk mədəniyyət günlərinin təşkilində göstərilmiş dəstəyə görə Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürünü bildirib. Nazir qeyd edib ki, Moldova beynəlxalq arenada həmişə Azərbaycanın dəstəyini hiss edir.

Qeyd edilmişdir ki, mədəniyyət günlərinin proqramı maraqlı olacaq. Bu proqrama əsasən, Ştefenes qardaşlarının və baletmeyster Yuri Bivolun rəhbərliyi ilə “Fluyeraş” xalq musiqi və rəqs ansamblının konserti nəzərdə tutulub.

Mədəniyyət günləri çərçivəsində Əməkdar İncəsənət Xadimi, indiyə qədər Moldovada və xaricdə 38 dəfə fərdi sərgiləri keçirilib Mixay Potırnikenin fotoşəkillərinin sərgisi açılacaqdır. Moldova Mədəniyyəti Günləri çərçivəsində Anatol Ştefenesin başçılıq etdiyi “Trigon” qrupunun konserti olacaqdır. Konsertdə tanınmış ifaçı Vali Boqyanu iştirak edəcək.

“Fluyeraş” xalq musiqi və rəqs ansamblı Sumqayıtda da çıxış edəcək.

Sonra “Fluyeraş” xalq musiqi və rəqs ansamblı çıxış edib.

Azərbaycanda Moldova Mədəniyyəti Günləri mayın 1-də başa çatacaq.

Günel







30 Aprel, 2014  09:29 Baxılıb: 794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner