Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanda qohumlar bir-birini qırdı

Astarada yaxın qohumlar arasında mübahisə qanlı sonluqla bitib

Astarada bıçaqlanma hadisəsi baş verib. Hadisəyə yaxın qohumlar arasında illərdir davam edən münaqişənin səbəb olduğu deyilir.

Simsar.az-ın verdiyi məlumata görə, yaxın qohumların illərdir davam edən ailə münaqişəsi bu gün qanlı sonluqla bitib. Hadisə bu gün Astara şəhərindəki maşın təmiri sexlərindən birində baş verib. Yaxınlarının bildirdiyinə görə, Kələdəhnə kənd sakini, 24 yaşlı Əli Nuriyev işdə olduğu zaman 4 qohumunun hucumuna məruz qalıb.

Təqsirləndirilən şəxsin atası Məstəli Nuriyev deyir ki, 3 qardaş, bir də onun bacanağı, gəliblər uşağın iş yerində başlayıblar onu döyməyə. "Torba ilə, dubinka ilə. Uşaq da orda maşın remont edir, əlində "otverka", bıçaq olub. Nə olubsa vurub".

Əli Nuriyevin bıçaqla xəarət yetirdiyi 33 yaşlı Səbuhi Quliyev və 52 yaşlı Fikrət Salmanov dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və hər ikisi üzərində cərrahi əməliyyat aparılıb. Ürək nahiyyəsindən əməliyyat edilən Astara rayon pedaqoji texnikumunun müəllimi Səbuhi Quliyevin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Həkim cərrah Rasif Axundov bildirir ki, hal-hazırda xəstənin vəziyyəti çox ağır olaraq reanimasiya şöbəsində yerləşdirilib.

"İkinci xəstə Salmanov Fikrətdir, o da döş qəfəsinin sağ yarısından kəsilib, deşilmiş yara sağ ağ ciyəri kəsərək ordan da diafraqma ilə qara ciyəri kəsib, ordan da daxili qanaxma yaradıb. Cərrahi əməliyyatla qanaxma dayandırılıb. Hal-hazırda xəstə ağır vəziyyətdə palatadadır".

Artıq hadisəni törətməkdə təqsirli bilinən Əli Nuriyev rayonun hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Astara rayon prokurorluğunun müstəntiqi Zaur Qasımov hadisənin ailə məişət zəminində baş verdiyini təstiqləsə də təfərrüatların istintaq prosesində aydınlaşacağını dedi.

Fakta bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.






29 Aprel, 2014  22:02 Baxılıb: 827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner