Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Onun 74 milyard dolları var

Meksikalı Karlos Slim dünyanın ən varlı adamıdır

“Forbes” jurnalı ən varlı adamların illik reytinqini açıqlayıb

Meksikalı mediamaqnat Karlos Slim “Forbes” jurnalının hər il tərtib etdiyi dünyanın ən varlı adamlarının reytinqində birinci yeri tutur. Simsar.az-ın məlumatına görə, reytinqi tərtib edənlər Slimin varidatını 74 milyard dollar qiymətləndiriblər. 2010-cu illə müqayisədə onun varidatı 20,5 milyard dollar artıb.

Siyahıda ikinci yeri “Microsoft” şirkətinin əsasını qoyan Bill Qeyts tutur. Onun varidatı hazırda 56 milyard dollar təşkil edir. Qeyts bir ildə 3 milyard dollar varlanıb.

Bir il əvvəl olduğu kimi üçüncü yerdə amerikalı maliyyəçi Uorren Baffet gəlir. Onun 50 milyard dolları var. Baffetin də varidatı ötən illə müqayisədə 3 milyard dollar artıb.

2011-ci ilə kimi milyardçılar klubuna ancaq ABŞ-dan 100-dən çox adamın adı salınırdı. Bu il isə Rusiya və Çin də bu kluba 100-dən çox milyarderin adını “sala bilib”. Rusiyanın 101, Çinin isə 115 milyarderi var.






10 Mart, 2011  15:05 Baxılıb: 1408 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner