Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu il dünyanın ən yüksək zirvəsi fəth edilməyəcək

Bu il Everest zirvəsinə qalxma mövsümü başlamadan bağlana bilər

Simsar.az Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, hazırda Nepal hökuməti dünyanın ən yüksək zirvəsinin mövsümünü xilas etmək üçün yerli bələdçi-şerpalarla razılığa gəlməyə çalışır.

Nepalın Mədəniyyət, Turizm və Mülki Aviasiya Nazirliyinin nümayəndələrindən ibarət heyət Everestdəki əsas düşərgəyə gələrək vəziyyəti həll etməyə cəhd göstərəcək. Bu arada bələdçilər, xidmət göstərən personal və xarici turoperatorların nümayəndələri dağı tərk edirlər.

Everest turları üzrə dünyanın ən böyük mütəxəssisi hesab edilən "International Mountain Guides" şirkəti builki ekspedisiyasını ləğv etdiyini elan edib. Şirkətin bu qərarı şerpaların çağırışı ilə bağlıdır - bələdçilər Nepal hökumətini təhlükəsizliyi kifayət qədər təmin etməməkdə ittiham edib, ekspedisiyaların dayandırılmasını tələb edirlər. Bir çox şerpa hesab edir ki, faciə ilə başlayan mövsüm uğurlu olmayacaq.

Xatırladaq ki, aprelin 18-də Everestdə baş vermiş qar uçqunu nəticəsində 16 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb. Faciə baş verməzdən əvvəl yerli bələdçi-şerpalar dağda işləyib, xarici alpinistlərin zirvəyə doğru qalxmalarını asanlaşdıran kəndirlərin bağlanması ilə məşğul idilər.






25 Aprel, 2014  19:35 Baxılıb: 670 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner