Kramatorsk aeroportunda Ukrayna ordusuna məxsus hərbi vertolyot partladılıb. Simsar.az xəbər verir ki, məlumat Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini, anti-terror mərkəzinin rəhbəri Vasili Krutov tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, vertolyota snayper tüfəngindən atəş açılıb: “Kramatorskda snayper atəşi ilə meydançada dayanmış vertolyotun yanacaq çəni vurulub. Atəşdən sonra vertolyot alışıb və partlayış baş verib. Nəticədə ekipaj komandiri ciddi xəsarət alıb”.