Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Frankfurtda Azərbaycan günü keçirilib

Almaniyanın Frankfurt şəhərindəki Frankfurt Maliyyə və Menecment Məktəbində Azərbaycan Günü keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentindən Simsar.az-a bildirilibki, tədbirdə universitetin müəllim və tələbə heyəti, həmçinin ARDNŞ-nin bu ölkədəki nümayəndəliyi, Azərbaycanın Almaniyadakı səfirliyi, Azərbaycan Tələbə Şəbəkəsi (ASN) və Almaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirə dəvət xüsusi çap olunmuş biletlər əsasında həyata keçirilib. Tədbirin daha maraqlı keçməsi və insanlarda daha çox maraq oyadılması məqsədilə elektron elanlar aidiyyəti qurumlara, tələbə və müəllim heyətinə göndərilib.

Tədbiri giriş sözü ilə açan Frankfurt Maliyyə və Menecment Məktəbinin vitse-prezidenti Ingolf Jungmann bu formatda görüşün universitetin tarixində birinci dəfə keçirildiyini bildirmiş və Azərbaycanın Avropa üçün strateji əhəmiyyətindən və bilavasitə ARDNŞ-nin bu sahədə gördüyü işlərdən söhbət açıb.

Tədbirdə Azərbaycanın zəngin mədəniyyətini və tarixini özündə əks etdirən videoçarx və ölkəmizin tarixinin qədimliyi, zəngin mədəni irsi barədə təqdimat nümayiş etdirilib.

Təqdimatda Azərbaycanın Odlar Yurdu adlanmasının müxtəlif aspektləri, ölkənin musiqisi, incəsənəti, zəngin ədəbiyyatı geniş formada izah edilmişdir. Azərbaycan - Almaniya əlaqələrinin tarixi, Helenendorf yaşayış məntəqəsi və Bakıda yerləşən Alman kilsəsinin tarixini özündə əks etdirən slaydlar tədbir iştirakçılarının marağına səbəb olub.

Sonra Azərbaycan milli mətbəxinin nümunələri iştirakçılara təqdim olunub.

Tədbir rəqs qrupunun müxtəlif ritmik rəqs oyunları ilə davam edib.

Azərbaycan Günü barədə Frankfurt Maliyyə və Menecment Məktəbinin rəsmi səhifəsində geniş məlumat da yerləşdirilib.

Günel







25 Aprel, 2014  12:36 Baxılıb: 862 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner