Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Dünyanın ən nüfuzlu 100 şəxsi”

“İllər boyu  Gül Ərdoğanın rəqibi olub”

“TİME” jurnalının ənənəvi “TİME100” siyahısı artıq hazırdır. Bu dəfə jurnal redaktorları “Dünyanın ən nüfuzlu 100 şəxsi” adlı siyahı hazırlayıb. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, həmin siyahıda Türkiyə Prezidenti Abdullah Gülün də adı var. A. Gül haqqında fikirləri, yazar Elif Şəfəq qələmə alıb. “Çətin seçimlə qarşı-qarşıya qalan mülayim türk” sərlövhəli yazıda, “Türkiyə siyasəti çox qütbləşib. Ancaq 11-ci prezident olan Abdullah Gül, mülayim tonu və uzlaşdırma qabiliyyəti ilə fərqlənir. Gələn ilin iyun ayında keçiriləcək seçki öncəsi onu dəstəkləyən və ya dəstəkləməyənlər onun türk siyasətindəki rolunun son zamanlar güclənməsi barədə həmfikirdirlər”-, sözləri yer alıb.

Şəfəq həmçinin qeyd edib ki, “Gül, xarici işlər naziri,baş nazir,  və prezident olaraq Türkiyənin önəmli siyası fiquruna çevrilən Rəcəb Tayyib Ədoğanın illər boyu müttəfiqi olmaqla yanaşı rəqibi olub. Ərdoğanın Gezi parkı ilə əlaqəli qərarına etirazlar edilərkən Gül dinc nümayişin demokratik hüquq olduğunu dilə gətirdi. “Twitter” qadağasını pozan vətəndaşlardan biri olaraq, şəxsi hesabında “Sosial media platformaları tam şəkildə bağlana bilməz”-, fikirlərini paylaşmışdı.

Türk demokratları Güldən çox şey gözləyir. O indi önəmli bir yerdədi. Daha sakit bir həyat tərzini və ya ölkənin ehtiyacı olan demokratiya yolunda əzm nümayiş etdirməyi seçə bilər”.

Onu da qeyd edək ki, liderlər kateqoriyasında Güllə yanaşı, Barak Obama, Con Kerri, Vladimir Putin, Həsən Ruhanı, Şinzo Abe kimi dövlət başçılarının adları yer alıb.

Ülviyyə Cövdətqızı







25 Aprel, 2014  12:34 Baxılıb: 624 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner