Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan Beynəlxalq kitab bayramında

Macarıstanın paytaxtı Budapeştdə XXI Beynəlxalq Kitab Festivalı açılıb. Simsar.az xəbər verir ki, Beynəlxalq kitab bayramında Azərbaycan da təmsil olunur. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu və nazirliyin mətbuat katibi İntiqam Hümbətov iştirak edirlər.

Azərbaycan stendində ölkəmizin nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin son illərdə inkişafını nümayiş etdirən çap məhsulları yer almışdır. Ziyarətçilərə dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə dair, həmçinin ölkəmizin turizm imkanlarını təbliğ edən Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəfis tərtibatlı kitablar təqdim edilir.

Kitab festivalının rəsmi açılışından sonra ilk dəqiqələrdən Azərbaycan stendinə böyük maraq göstərilmişdir. Nəfis tərtibatlı nəşrlər, milli mətbəximiz, turizm bölgələrimiz, Qarabağ haqqında kitablar xüsusilə diqqəti cəlb edir. Ziyarətçilərə Azərbaycan kitab və poliqrafiya işinin inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, eləcə Bakıda keçirilən ənənəvi beynəlxalq kitab sərgi-yarmarkası haqqında, ümumilikdə ölkəmizin inkişafı, respublikamızda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verilir. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məlumatlar, tanıtım nəşrləri də maraqla qarşılanır.

Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də stendimizlə yaxından tanış olmuşlar.

Sərginin ilk günü yaddaqalan tədbirlərdən biri Türkiyənin təşkil etdiyi təqdimat olmuşdur. Qardaş ölkə builki Budapeşt kitab festivalının fəxri qonağıdır. Təqdimatda Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik çıxış etmişdir. Türkiyə guşəsi sərgi salonunda 150 kvadratmetrlik sahəni əhatə edir. Burada türk kitab sənətinin zəngin tarixi geniş şəkildə nümayiş olunur.

Sərgiyə 20-dək ölkədən nəşriyyat, kitab evi və qurumların təmsilçiləri qatılmışlar. XXI Budapeşt Beynəlxalq Kitab Festivalı aprelin 27-dək davam edəcək.

Günel







25 Aprel, 2014  11:47 Baxılıb: 859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner