“Türkiyənin 1915-ci il hadisələri zamanı həlak olan ermənilərin ünvanına başsağlığı verməsi zəiflik kimi qiymətləndirilməməlidir”.
Bunu xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin NTV telekanalına müsahibəsində bəyan edib.
Nazir deyib: "Türkiyənin 1915-ci il hadisələri zamanı həlak olan ermənilərin ünvanına başsağlığı verməsi zəiflik deyil, yüksək mədəniyyətin göstəricisidir".
XİN rəhbərinin sözlərinə görə, hər bir xalqın yaddaşı var, lakin bu o demək deyil ki, 1915-ci il hadisəsindən siyasi məqsədlər üçün istifadə olunmalıdır: "Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. Bu, hamımızın ortaq acısıdır".