Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakı Uşaq Teatrı səfərdən qayıdıb

Simsar.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin “Sağlam həyat tərzi” layihəsi çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşası ilə qastrol səfərində olan Bakı Uşaq Teatrı dünən səfərdən qayıdıb. Teatr 21-24 aprel tarixlərində Bərdə, Mingəçevir, Ağcabədi, Tərtər və Ucar rayonlarında yuxarıda adı çəkilən tamaşa ilə çıxış ediblər. 29 aprel -2 may taixlərində də rayonlara səfərə hazırlaşan teatr Gənclər və İdman Nazirliyinin dəstəyi ilə narkomaniyaya qarşı mübarizə kompaniyası aparır.

Hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr Spiddən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur. Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yalnış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir. Hətta narkoman qardaşını pis vəziyyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir. Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Müddəti 1 saat 15 dəqiqədir. Rollarda İlhamə Əhmədova, Rauf Şahsuvarov, Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov, Xəyalə Meydanova, Könül Şahbazova, Şəbnəm Nəsirova, Türkan Şahmarlı, Şahin Kazımov.

Günel







25 Aprel, 2014  10:04 Baxılıb: 1281 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner