Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MDB Elektroenergetika Şurasının növbəti iclası

Bakıda MDB Elektroenergetika Şurasının 45-ci iclası keçiriləcək 

Energetika Nazirliyinin aprelin 25-də keçiriləcək tədbirində Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Türkmənistan respublikalarının müvafiq qurumlarının yüksək rütbəli nümayəndələri iştirak edəcəklər.

Simsar.az-ın Energetika Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclasda 2013-2014-cü illərin payız-qış mövsümündə Şuraya üzv ölkələrin enerji sistemlərinin işinin yekunları, ətraf mühitin qorunması, enerji effektivliyi, bərpa olunan enerji mənbələri, qarşılıqlı əməkdaşlıq məsələləri, 2015-ci il ücün tədbirlər planı və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, MDB-nin Elektroenergetika Şurası və onun iş orqanı olan İcra Komitəsi 1992-ci ilin fevral ayında yaradılıb. Komitənin əsas vəzifəsi şuraya üzv ölkələr arasında elektroenergetika sistemlərinin effektli fəaliyyətinin koordinasiyasını təmin etməkdən ibarətdir. MDB dövlətləri Elektroenergetika Şurasının iclası Bakıda üçüncü dəfə təşkil olunub. Birinci iclas 2004-cü ildə, ikinci iclas isə 2009-cu ildə keçirilib.

Aysel Kərimova






24 Aprel, 2014  14:04 Baxılıb: 1021 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner