Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir İspaniyann XİN nazirini qəbul edib

Bu gün Bakıda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Simsar.az-ın məlumatına görə, görüşdə Azərbaycan və İspaniya arasındakı mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycan və İspaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla davam edir: “İki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində rəsmi səfərlər və keçirilən görüşlər əhəmiyyətli rol oynayır. İspaniya nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də ölkələr arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək”.

Azərbaycan və İspaniya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Ş. Mustafayev mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, müqavilə-hüquq bazasının genişləndirilməsi, xüsusilə də investisiyaların təşviqi və qarşılıqlı qorunması sahəsində Sazişin imzalanması əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Görüşdə Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiyini, eləcə də ölkəmizdə investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb.

İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

O, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşərək qeyd edib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyası ispan iş adamlarının ölkəyə investisiya qoyuluşu imkanlarını daha da artırır.






24 Aprel, 2014  12:43 Baxılıb: 692 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner