Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qayınata kürəkəni sms üstündə öldürdü

Daxili İşlər Nazirliyi Bakıda kürəkənini öldürən qaynata barədə məlumat yayıb.

Simsar.azın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cinayət aprelin 23-də paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Mil” kafesində baş verib.
Belə ki, Bakı şəhər sakini Elçin Lazımov münaqişə zəminində kürəkəni Rəvan Əliyevi bıçaqla qətlə yetirib.
Bakıda baş verən dəhşətli cinayətin bəzi məqamlarına aydınlıq gətirilib. Nizami rayon Polis İdarəsindən mətbuata verilən əmlumata görə, qayınata kürəkənini qızından boşanmaq istədiyinə görə öldürüb.
Belə ki, yenicə evlənən Rəvan Əliyev hadisə baş verən kafedə ofisiant işləyib. Qayınatası Elçin Lazımov da məhz onu iş yerində xüsusi amansızlıqla öldürüb.
Buna səbəb Elçin Lazımovun qızının şikayəti olub. Çünki bir neçə gün əvvəl qadın atasınə şikayət edərək bildirib ki, əri onu aldadır. Qadın bildirib ki, Rəvan Əliyev hansısa qadınla mobil telefon vasitəsilə danışır və müsajlaşır. Məsələnin üstü açılanda isə Rəvan Əliyev arvadından boşanmaq istədiyini bildirib.
Qayınata da, qızını boşamaq istəyən kürəkənini amansızcasına öldürüb.
Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Lazımov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Günel






24 Aprel, 2014  12:39 Baxılıb: 717 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner