Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənilər ATƏT PA-nın Bakıdakı tədbirinə gələcəklərmi?

Milli Məclisin vitse-spikeri Bahar Muradova Ermənistan nümayəndələrinin ATƏT Parlament Assambleyasının (PA) iyunun 28-də Bakıda keçiriləcək 23-cü sessiyasında iştirakına münasibət bildirib.

Simsar.az-ın məlumatına görə, B.Muradova jurnalistlərə deyib ki, bu, ATƏT PA-nın tədbiridir, Azərbaycan bu tədbirin keçirilməsinə şərait yaradır və özü də bu tədbirdə iştirak edir: "Dəvətlər eyni dərəcədə hər kəsə aiddir. Bu, işçi qaydasında həyata keçirilir. Ermənistan nümayəndə heyəti də digər nümayəndə heyətləri kimi bu tədbirdə iştirak etməlidir. Artıq bir çox hotellərdə demək olar ki, həmin müddət üçün yerlər tutulub. Ancaq bu günə qədər Ermənistan nümayəndələrinin gəlib-gəlməyəcəyi ilə bağlı məlumat yoxdur".

B.Muradova vurğulayıb ki, bu sessiya ATƏT regionunda insanların təhlükəsizliyinə həsr olunacaq. Onun sözlərinə görə, Milli Məclisin komitələrində, plenar iclaslarında müzakirə olunan bir sıra məsələlər də bu sessiyanın gündəliyinə daxil ediləcək: "Azərbaycan artıq hazırlıqları yekunlaşdırmaq üzrədir. Biz 57 ölkədən nümayəndələr gözləyirik. Azərbaycanda birinci dəfədir ki, bu istiqamətdə belə geniş tədbir keçirilir. Ona görə də bu tədbirin əhəmiyyətini xüsusı dəyərləndirirk".

Vitse-spiker qeyd edib ki, ATƏT PA-da məhz belə bir regionda təhlükəsizlik məsələsinə xüsusi əhəmiyyət verilir.

 






24 Aprel, 2014  11:59 Baxılıb: 649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner