Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

WhatsApp-da möhtəşəm yeniliklər

Dünyanın ən populyar mobil mesencer proqramı olan WhatsApp inqilabi yeniliklərə hazırlaşır. Daha doğrusu, şirkət aylar əvvəl açıqladığı inkişaf və dəyişikliklər planını reallaşdırmağa başlayıb.
Simsar.az AndroidNext-ə istinadən bildirir ki, Facebook sosial şəbəkəsinin 19 milyard dollara satın aldığı WhatsApp-ın rəhbəri Yan Kooumun sözlərinə görə, bundan sonra mobil rabitə operatorları ilə daha sıx əməkdaşlıq variantları mərhələli şəkildə gerçəkləşdirilməyə başlanacaq.
İlkin yenilik Almaniyada reallaşacaq. WhatsApp ilə Almaniyanın E-Plus mobil rabitə operatorunun arasında əldə edilmiş razılığa uyğun olaraq xüsusi SİM kartlar satışa çıxarılıb.
Bu SİM kartlar istifadəçiyə hesabında 0 dəqiqə olsa belə, limitsiz, sərhədsiz ünsiyyətə imkan verir.
TechCrunch bildirir ki, Almaniyada belə SİM kartlar 10 avroya satılmağa başlanıb. WhatsApp-ın SİM kartını alan şəxs hesabında olan pulu messencerlə yazışma ilə yanaşı, telefon zəngləri, SMS və mobil internetə də sərf edə bilər.
İstifadəçi sadəcə, WhatsApp-dan yararlanmaq istərsə, o, istədiyi qədər yazışa biləcək və bunun üçün hesabından pul silinməyəcək.
Almaniyadan sonra, xüsusi SİM kartların Avropa Birliyinin digər ölkələrində də satışı nəzərdə tutulur.
Bu ilin ortalarından etibarən isə WhatsApp-ın SİM kartlarının 62 ölkədə satışa çıxarılması gözlənilir.
Postsovet məkanına gəldikdə isə, 2014-cü ilin sonlarına yaxın Latviya, Litva və Estoniyada sözügedən SİM kartların satılacağı deyilir. Daha sonra isə digər ölkələrdə WhatsApp-ın yeniliyi həyata keçiriləcək.
Azərbaycandakı mobil rabitə operatorları ilə WhatsApp arasında anlaşmanın nə zaman imzalanacağı hələlik bəlli deyil.
Mobil messencerin digər yeniliyi isə iOS əməliyyat sistemindəki FaceTime və Android-dəki Skype-in analoqu olan funksiyanın WhatsApp-da tətbiqidir.
Messencerdəki görüntülü mesajlaşmanın ən böyük özəlliyi isə digər analoji proqramlardan fərqli olaraq görüntünün ötürülərkən sıxılması və sonucda internet trafikə qənaət olunmasıdır.
WhatsApp messencerindən hazırda 1 il pulsuz istifadə etmək olar. Sonra isə ildə 0,99 dollar ödəmək gərəkdir.

Günel







24 Aprel, 2014  10:26 Baxılıb: 1268 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner