Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bəşər Əsəd prezident seçkilərinə qatıla bilər

Üç ildən çoxdur vətəndaş müharibəsi davam edən Suriyada iyunun 3-də keçiriləcək növbəti prezident seçkilərinə Bəşər Əsədin qatılacağı gözlənilir.

Simsar.az-ın məlumatına görə, 150 000 adamın ölümünə və 9 milyon adamın qaçqın düşməsinə səbəb üsyana baxmayaraq, namizədlər arasında onun adının olacağını və Bəşər Əsədin üçüncü dəfə yeddi illik prezidentlik müddətinə iddia edəcəyi ehtimal edilir.

Hakim partiyanı təmsil edən deputatlardan biri üsyançıların idarə etdiyi ərazilərdə səsvermə keçirilməyəcəyini bildirsə də, bu barədə hələ ki, rəsmi bəyanat olmayıb.

ABŞ Bəşər Əsədin guman ediləcək bu addımını "demokratiya parodiyası" adlandırıb. BMT baş katibi Pan Gi Mun isə deyib ki, onun bu addımı üç ildir davam edən vətəndaş müharibəsinə son qoymaq səylərini çökdürə bilər.

Müxalifət lideri Ahmad Alqusair Bəşər Əsədi suriyalıların qanı ilə seçkilər keçirməkdə ittiham edib və seçkilərdə ancaq prezidentin tərəfdarlarının səs verəcəyini deyib.

Bu gündən namizədlik üçün qeydiyyat prosesinə start verilir. Hökümətin yeni seçki qanununa görə prezidentliyə bütün namizədlər son 10 il ərzində Suriyada yaşayanlar olmalıdırlar. Bununla da ölkəni tərk etməli olan əksər müxalifət liderləri seçkilərdə iştirak edə bilməyəcək.






22 Aprel, 2014  21:32 Baxılıb: 613 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner