Bu gün Bakıda yol- nəqliyyat hadisəsi baş verib. Simsar.az-ın verdiyi məlumata görə, Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakinləri - Sənan Şükürovun idarə etdiyi "Lexus" və Asya Paşayevanın idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub. Nəticədə S.Şükürov, A.Paşayeva və sərnişini, Kəlbəcər rayon sakini Elxan Sarıyev xəstəxanaya yerləşdiriliblər.