Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yanukoviç qaçarkən 4 yük maşını pul aparıb

Bu yaxınlarda məlum olub ki, Yanukoviçin “ailəsi” adlandırılan dəstə cinayətkar yollarla 9 milyard dollardan çox pul mənimsəyib. 
Simsar .az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Yanukoviç Mejiqoryadan qaçarkən o, özü ilə 4 yük maşını nağd pul aparıb. İndiki hakimiyyətin bəyan etdiyi rəqəmlər hər kəsi heyrətləndirir. Maliyyə monitorinqini aparanlar bəyan ediblər ki, oğurlanan məbləğ 77,2 milyard qrivnadır. Ukraynanın Milli Bankı, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti 14 çirkli pul yuyan bank aşkarlayıblar ki, burada yuyulan pulun miqdarı 140 milyard qrivna olub. Ekspertlər isə iddia edirlər ki, Yanukoviçin “ailəsi”nin ukraynalılardan oğurladığı pulun məbləği rəsmi elan olunandan ən azı iki dəfə çoxdur. Məlumatda qeyd edilir ki, eks-prezidentin imperiyasının strukturu İtaliya mafiyasını xatırladır. Don-bu Viktor Yanukoviçdir. Silahlı dəstələrdən təşkil olunan güc və hüquq-mühafizə blokuna Viktor Pşonka, Aleksandr Yakimoenko və Viktor Zaxarçenko rəhbərlik ediblər. Öz adamı Nazirlər Kabinetinə rəhbərlik edib, bu Nikolay Azarov olub. Onun öz adamları yenə vacib nazirliklərə rəhbərlik ediblər-gəlir və xərclər, səhiyyə, eləcə də Prezident Administrasiyası, gömrük və vergi sahələri də onların ciddi nəzarətində olub. Ümumukrayna inkişaf bankı Aleksandr Yanukoviçə məxsus olub.

Yanukoviçin oğlu bu gün axtarışdadır. O, kömür sənayesi, tikinti və bank işləri ilə məşğul olub, MAKO adlı maliyyə-sənaye qrupu yaradıb. Bura 12 firma və 2 bank daxildir.






22 Aprel, 2014  10:35 Baxılıb: 743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner