Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Lütfiyar İmanovun 85 illiyi keçiriləcək

Aprelin 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operasının tamaşası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, tamaşa görkəmli müğənni, SSRİ Xalq Artisti Lütfiyar İmanovun 85 illiyinə həsr edilib. Unudulmaz sənətkar uzun illər teatrın səhnəsində bu operada aparıcı partiyalardan birini - Radamesı ifa edib.
Dünya opera sənətinin ən populyar əsərlərindən biri olan bu tamaşada əsas rolları teatrın gənc solistləri Çinarə Şirin (Aida), Əməkdar Artist Səbinə Vahabzadə (Amneris), Anton Ferştandt (Ramfis) və başqaları canlandıracaqlar. Tamaşada azərbaycanlı vokal ustaları ilə yanaşı, Gürcüstandan dəvət edilmiş solistlər – Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili və Əməkdar Artist, Vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsinin laureatı Sulxan Qvelesiani da çıxış edəcəklər.
Bu səhnə əsəri Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunacaq.

Günel






22 Aprel, 2014  10:28 Baxılıb: 837 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner