Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Mc Donalds” məhkəməlik oldu

Simsar. az xəbər verir ki, Bakıda “Mc Donalds” restoranlar şəbəkəsinə qarşı 50 min manatlıq məhkəmə iddiası qaldırılıb

Rolan Məmmədovun vəkili Anar Qasımlının bildirdiyinə görə, aprelin 28-də Nəsimi Rayon Məhkəməsində zərərçəkmişin “Mc Donalds” restoranlar şəbəkəsinə qarşı 50 min AZN dəyərində iddiasına baxılacaq. Onun sözlərinə görə, məhkəmənin yubanmasına səbəb Nəsimi Rayon Məhkəməsilə aralarında yaranan anlaşılmazlıq olub:

“Qanunda belə bir müddəa var ki, istehlakçıların hüquqlarının müdafiəsilə əlaqədar işlərə şəxsin yaşadığı yer üzrə baxıla bilər. Amma Nəsimi Rayon Məhkəməsindən bizə bildirdilər ki, bunu cavabdeh tərəfin qeydiyyatda olduğu ünvana - Nərimanov Rayon Məhkəməsinə verin. Biz də şikayətimizi ora verdik və şikayətimizi qəbul etdilər”.

Xatırladaq ki, paytatx sakini Rolan Məmmədov martın 3-də Nizami küçəsində daimi müştərisi olduğu “Mc Donalds”dan sifariş etdiyi “sezar” salatının içindən ilbiz çıxdığını iddia etmişdi. Qeyd edək ki, bu barədə xəbərlər artıq sosial şəbəkələrdə də geniş yayılıb.

Hadisə Nizami küçəsi, 34 ünvanında yerləşən “Mc Donalds” restoranında qeydə alınıb. İçəri daxil olduğumuzda bizi ilk olaraq restoranın meneceri qarşıladı, belə bir hadisə ilə üzləşdiklərini təsdiqlədi və bildirdi ki, o hadisə haqqında məlumat verə bilməz. Bunun üçün baş ofisin marketing şöbəsinin rəhbəri Emil bəylə əlaqə saxlamalıyıq. Biz də deyilənlərə uyğun adıçəkilən şəxslə telfonla əlaqə saxladıq.

Onuda deyək ki, zərər çəkmiş Rolan Məmmədov restoranın daimi müştərisi olub və sonuncu dəfədə o bir “sezar” salatı sifariş edib. Salatı yemək istəyərkən içində ibliz görərək inzibatçya şikayət edib. Ançaq restoranın inzibatçısı bu hadisəni məsuliyyətsiz qarşılayıb.






22 Aprel, 2014  10:18 Baxılıb: 683 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner