Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xalq yazıçısı ilə görüş olub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Anar ilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbə heyətinin görüşü keçirilib.
Simsar.az xəbər verir ki, görüşdə kollecin kollektivi ilə yanaşı, Milli Məclisin deputatları, tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri də iştirak ediblər.
Əvvəlcə görkəmli ədibə həsr olunmuş fotoslaydlar nümayiş etdirilib.
Kollecin direktoru, filologiya üzrə elmlər doktoru, professor Nurlanə Əliyeva zəngin ənənələri olan Azərbaycan Dövlət Pedaqoji Kollecinin tarixinə nəzər salmış, burada çalışmış görkəmli maarifpərvər ziyalıları xatırladıb.
Anar yaradıcılığının tədqiqatçılarından olan professor Nurlanə Əliyeva yazıçının keçdiyi ədəbi yol haqqında geniş məruzə ilə çıxış edib. O, “60-cılar” nəslinə mənsub olan Anarı Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, mədəniyyətimizin parlaq siması kimi səviyyələndirib.
Qeyd edililib ki, geniş oxucu auditoriyası qazanan yazıçı əsərləri və həyatdan gələn qəhrəmanları ilə insanları düşündürür, onları mənən zənginləşdirir.
Sonra kollecin tələbələri Anarın əsərləri əsasında hazırladıqları kompozisiyaları təqdim etmişlər. Tələbələr “Ötən ilin son gecəsi”, “Şəhərin yay günləri” əsərlərindən göstərdikləri səhnəciklərdə qəhrəmanları duyaraq, hiss edərək oynamağı bacarıblar.
“İki dəniz” hekayəsinin yüksək zövqlə, həssaslıqla təqdimatı isə tamaşaçıları Anarın mənəvi dünyasının zənginliyinə qovuşdurub.
Kollecin müəllimi Şəfiqə Həsənovanın Anarın sözlərinə bəstələdiyi “Taksi, gəncliyimə apararsanmı?” mahnısı bu görüşdə ilk dəfə səsləndirilib.
Bu görüşü “mən əsrimin əsəriyəm”, - deyən görkəmli yazıçı Anarın yaradıcılığı haqqında mükəmməl təqdimat da hesab etmək olar.
Sonda elə yazıçı özü də görüşdən çox təsirləndiyini, sevindiyini, kövrəldiyini dilə gətirib.
Tədbirin sonunda yazıçı Anara Azərbaycan Dövlət Pedaqoji Kollecinin kollektivi adından hədiyyə təqdim olunub.

Günel






22 Aprel, 2014  10:01 Baxılıb: 817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner