Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

11 aylıq körpəni zorlayan caninin edamı təxirə salınıb

ABŞ-da iki edam prosesi təxirə salınıb. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Oklahoma ştatında iki cinayətkarın edam prosesi edam iynəsinin tərkibinin naməlum olmasına görə Ali Məhkəmənin qərarı ilə təxirə salınıb. 
Məlum olub ki, məhkəmənin qərarı cinayətkarlardan birinin edamına 1 gün qalmış çıxıb. Canilərdən biri 19 yaşlı qızı zorlayıb öldürdüyünə görə edam cəzasına məhkum edilib.
Edamı təxirə salınan digər cinayətkar 11 aylıq uşağı zorlayıb öldürdüyünə görə bu cəzaya məhkum olunub. Onun edamı gələn həftə icra edilməli idi.
Keçən ay məhkəmə edama məhkumlarından iynənin tərkibinin gizlədilməsini qadağan edib. Belə ki, məhkəmə hesab edir ki, bu canilərin hüquqlarını pozur.
Tibbi preparatlar istehsalçıları onların məhsullarının ABŞ-da edam üçün istifadə edilməməsi üçün müxtəlif tədbirlər görür. Nəticədə, ABŞ hökuməti tez -tez lazımi preparatları əldə etmək üçün gizli yollara əl atır.
Qeyd edək ki, ABŞ qanunlarına görə, edam iynəsi məhkuma ağrı vermədən onu öldürməlidir.

Günel






22 Aprel, 2014  09:58 Baxılıb: 611 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner