Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Uilyam Şekspirin 450 illiyi qeyd olunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur İngilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunmuş tədbir keçirilib. Simsar.az xəbər verir ki, dünyaşöhrətli dramaturqun “Romeo və Cülyetta” tamaşasının nümayişindən əvvəl həyata keçirilən tədbirdə Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, British Council Azərbaycan nümayəndəliyinin direktoru Elizabet Uayt çıxış etdiblər.
Mübariz Həmidov çıxışında Azərbaycan teatrının inkişafında U.Şekspir yaradıcılığının müstəsna rolunu diqqətə çatdıraraq teatrlarımızda dramaturqun böyük müvəfəqiyyətlə səhnələşdirilmiş əsərlərindən danışıb.
Elizabet Uayt çıxış edərək U.Şekspirin həm faciə, həm də komediya janrlarındakı əsərlərinin dünyaşöhrəti əldə edərək dünyanın bir çox dillərinə tərcümə olunub səhnələşdirildiyini qeyd edib. Onun sözlərinə görə, damaturqun qələmə aldığı əsərlərdəki parlaq insan obrazı əvvəlki dövrlərlə müqayisədə daha uğurlu və rəngarəngdir.
Tədbirdən sonra dramaturqun Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan “Romeo və Culyetta” tamaşası nümayiş etdirilib.
Tamaşada Azərbaycan Dillər Universitetinin müəllim və tələbə kollektivi, teatrsevərlər klubunun üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Günel






22 Aprel, 2014  09:49 Baxılıb: 846 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner