Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Leninin doğum günüdür

SSRİ-nin qurucusu Vladimir İliç Ulyanov 1870-ci ilin 22 aprelində Simbirskdə doğulub. İnqilabçı ruhu ilə fərqlənən Lenin Sovet hökumətinin qrulumasında əsas fiqur olub. 

Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olub. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasiliy Ulyanov qalır. Qardaşı ona kifayət qədər təhsil verə bilir ki, o, gedib Kazan Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul ola bilir. 1869-cu ildən Simbir quberniyasında xalq məktəbinin inspektor və direktoru işləyir. III dərəcəli müqəddəs Vladimir medalı ilə təltif olunduqdan sonra Lenin atası 1882-ci ildə irsi dvoryanlıq hüququ qazanır.
Leninin ikinci (ana tərfdən) babası Aleksandr Dmitriyeviç Blank hərbi həkim olub. Daha sonra Kazan dvoryanlığını qəbul edib. Tezliklə Kazan quberniyasında Kokuşkino mülkünə sahib olub. Leninin anası Mariya Aleksandrovna və onun dörd bacısı çox erkən analarını itirib, onları xalaları tərbiyə edib, musiqi və xarici dilləri onlara tədris edib.
Sülh haqqındakı dekretə əsasən Leninə dünya müharibəsindən çıxmaq lazım idi. Solçu kommunistlərin və L.D.Trotskinin etirazına baxmayaraq Lenin Almaniya ilə 3 martda Brest sülh müqaviləsini imzalamağa müvəffəq olur. O, Kremldə yaşamış və fəaliyyət göstərir, sosializmin qurulması yolunda öz proqramlarını yerinə yetirməyə başlayır. 1918-ci il 30 avqustda Leninə, onun ağır yaralanması ilə nəticələnən sui-qəsdə cəhd olur.
1919-cu ildə Leninin təklifi əsasında 3-cü Kommunist İnternasionalı yaradıldı. 1921-ci ildə RKP(B) 10-cu qurultayında o, "hərbi kommunizm" siyasətindən yeni iqtisadi siyasətə keçidi vəzifə kimi qarşıya qoydu. Lenin ölkədə ateist dünya görüşünün olmasına və təkpartiyalı sistemin əsasını qoydu. Beləliklə Lenin dünyada ilk sosialist dövlətini yaratmağa müvəffəq oldu.
Tezliklə Leninə qarşı olan sui-qəsd özünü göstərdi və Lenin 21 yanvar 1924-cü ildə saat 6-50 də Moskva ətrafı mülk olan Qorkidə vəfat etdi. 23 yanvarda Leninin cəsədi Moskvaya gətirildi. Rəsmi vida mərasimi 5 gün gecə gündüz davam etdi. 27 yanvarda Leninin balzamlanmış cəsədi arxitektor A.V. Şusevin inşa etdiyi Mavzoleyə qoyuldu.







22 Aprel, 2014  09:11 Baxılıb: 962 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner