Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Lavrov Kiyevi Cenevrə razılaşmasını pozmaqda ittiham etdi

Kiyev hökuməti Cenevrə razılaşmasını pozub. Bu ittihamla Rusiyanın xarici işlər naziri Serqey Lavrov bu gün keçirdiyi mətbuat konfransında çıxış edib.

 

Simsar.az-ın verdiyi məlumata görə, Rusiyanın tanımadığı Kiyev hökumətini Ukraynadakı radikal milliyyətçi-sağçı qrupları silahlandırmaqla ittiham edən Lavrov, Kiyev hökumətinin Ukrayna böhranına dair ötən həftə əldə edilən Cenevrə razılaşmasını pozmaqda ittiham edib. Rusiyanı təcrid etmək üçün göstərilən səylərin nəticəsiz qalacağını vurğulayan Serqey Lavrov rəsmi Kiyevin böhrandan sonrakı separatçıları bəyənmədiyini və onları idarə edə bilmədiyini də bildirib.

 

"Kiyev aprelin 17-də Cenevrə görüşlərinin nəticəsini pozdu. Ölkədəki dərin böhranın aradan qaldırılması üçün heç bir şey etmədi. Konstitusiya islahatlarının tələb etdiyi məsələlər haqqında danışmaq üçün nəyi gözləyirlər? Prosesin başlamasını niyə ləngidirlər?", - deyə Lavrov belə deyib.

 

Serqey Lavrov, həmçinin Qərb dövlətlərinin və Kiyev hökumətinin Rusiyaya qarşı qeyri-mümkün arqumentlər irəli sürdüyünü və Moskvanın Rusiyayönümlü fəalları silahlandırmasına dair iddiaların gülünc olduğunu deyib: "Ukraynada çoxlarında Rusiya istehsalı olan silahlar var. Ukraynada Amerika Birləşmiş Ştatlarının silahları da aşkar edilib".

 

Rusiyalı nazir Kiyevdə Maydan etirazlarının davam etməsinə də münasibət bildirib. O, Cenevrə konfransındakı ən mühüm məqsədin zorakılığın qarşısını almaq olduğunu, lakin buna riayət edilmədiyini deyib.






21 Aprel, 2014  22:27 Baxılıb: 622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner