Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Rauf Mirqədirov həbsinin davamı olacaq"

Həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkili bu gün mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən vəkil Fuad Ağayev bildirib ki, bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında işi aparan müstəntiqlə və Rauf Mirqədirovla görüşüb. O deyib ki, R. Mirqədirovla bağlı Nəsimi Rayon Məhkəməsində 3 ay müddətinə həbs-qətimkan tədbiri də seçilib: “Rauf Mirqədirov ifadə verməkdən imtina elədi”.

Vəkil deyib ki, istintaq R. Mirqədirovun Ermənistan xüsusi xidmət orqanları ilə maddi maraq qarşılığında əməkdaşlıq etdiyini bildirir: “Guya 2008-2009-cu illərdə Azərbaycanda hərbi vəziyyət, strateji dövlət obyektləri barədə Ermənistana məlumat ötürüb. Rauf Mirqədirov bir çox beynəlxalq tədbirdə iştirak edib, onun masa arxasında kiminləsə şəklini çəkmələri mümkündür. İttihamda Laura Baqdasaryan adlı şəxsin və daha bir nəfərin adı keçir. Həmin Laura Baqdasaryanla 2001-ci ildə hüquq müdafiəçisi Leyla Yunusun layihəsi olub, 2005-ci ildə birgə internet jurnal buraxıblar. Onların müştərək layihəsi var, yəni partnyordurlar. Burdan da görünür ki, bu həbsin davamı olacaq ”.

Vəkil bildirib ki aprelin 19-a keçən gecə Rauf Mirqədirov Gürcüstana getmək istəyib: “Ankara yaxınlığında onun içində olduğu avtobus saxlanılıb. Onu polis bölməsinə aparıblar, amma müdafiəçi ilə təmin olunmayıb. Sonra da deportasiya olunduğunu bilib. Ona qarşı işgəncə faktı olmayıb, fiziki zor tətbiq edilməyib. Mənə də bildirdi ki, onunla kifayət qədər nəzakətlə rəftar ediblər. Saxlanma şəraitindən narazılığını bildirmədi”.






21 Aprel, 2014  19:23 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner