Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Müdafiə nazirləri görüşdülər

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Qazaxıstanın Müdafiə naziri Serik Axmetovu qəbul edib.
Simsar.az-ın verdiyi məlumata görə, S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra cənab S.Axmetovun Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Qazaxıstanın Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq Qazaxıstan Respublikasının Müdafiə naziri "Şərəf Kitabı"nı imzalayıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquq normalarına uyğun həllinə nail olunmasının vacibliyini bildirib.
Öz növbəsində qonaq dövlətlərimizin əlaqələrinin möhkəm dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını, Qazaxıstanla Azərbaycanın iqtisadi, siyasi, hərbi sahədə yaxın mövqedən çıxış etməsilə yanaşı, Xəzər dənizi məsələsində də vacib tərəfdaş olduqlarını qeyd edib.
Sonra Azərbaycan-Qazaxıstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Amangeldı Jumabayev də iştirak edib.






21 Aprel, 2014  16:51 Baxılıb: 665 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner