Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qadınlar Milli Məclisdə tədbir keçirdilər

“Dayaq” mentorluq layihəsi çərçivəsində tədbir keçirilib

Bu gün Milli Məclisdə ölkədə həyata keçirilən “Dayaq” mentorluq layihəsi çərçivəsində tədbir təşkil olunub. Simsar.az xəbər verir ki, öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, layihənin əsas məqsədi haqqında danışıb. Komitə sədri qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək, eləcə də yerli səviyyədə gender yönlü idarəetməni təmin etməyin cəmiyyətin formalaşmasında mühüm rolu olduğunu bildirib. “Qadınların social-iqtisadi cəhətdən imkişafı cəmiyyət üçün çox önəmlidir. Son illər ölkədə qadınların fəaliyyətində fəallıq hiss olunmaqdadır. 1990-cı ildə ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayan Milli Məclisdə qadınların tərkibi 4 % təşkil edirdisə, 2005-2010-cu illərdə bu rəqəm 10,7 %-ə yüksəldi. 2010-cu ildən isə Milli Məclisdə qadınların tərkibi 16 %-ə çatdı. Bu ölkədə qadınların rolunun gündən-günə daha çox inkişaf etdiyini göstərir. Son illər bələdiyə üzvü olan qadınların da sayında 5 dəfə artım müşahidə olunur. İndi bələdiyyə üzvü olan 41094 qadın var əvvəlki illərdə keçirilən bələdiyyə seçkilərinə isə qadınların say tərkibi 4,7 % təşkil edirdi. Bu gün ölkədə qadın siyasətinin əsas məqsədi bölgələrdə və rayonlarda qadın fəallığının artırılmasıdır. Bu gün Almaniyanın Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının bizimlə birlikdə “Dayaq” mentorluq layihəsi çərçivəsində tədbiri də ölkədə qadın fəallığına dəstək göstərməkdir. Layihə çərçivəsində yerli özünüidarəetmədə qadın liderliyinin gücləndirilməsi mövzusunda 3 konfrans, bələdiyyədə təmsil olunan qadın iştirakçıların bilik və bacarıqlarının artırılması məqsədilə silsilə təlimlər və kiçik qrant layihələri uğurla həyata keçirilib. Layihə iştirakçıları qadınların yerli idarəetmədə iştirakının gücləndirilməsi və ailədaxili zorakılığa qarşı mübarizə mövzularında Almaniyanın Berlin, Frankfurt, Mainz şəhərlərində təcrübə mübadiləsi görüşlərində iştirak ediblər”.

Milli Məclisin sədr müavini Bahar Muradova “Qadınlar idarəetmədə” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda qadınların dövlət işində rolunun getdikcə artdığını vurğulayaraq bunun prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğunu söyləyib.

Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının Azərbaycan üzrə qrup rəhbəri Katarina Lampe GİZ və proqram haqqında ümumi məlumat verib.

Proqramla bağlı videoçarx nümayiş olunub.

Sonra Millət vəkilləri Məlahət İbrahimqızı, Sevinc Hüseynova, yazar-jurnalist Flora Xəlilzadə, Səbail rayon icra hakiminin müavini Xalidə Bayramova, Suraxanı rayon rayon icra hakiminin müavini Sevinc Hüseynova, Binəqədi rayon icra hakiminin müavini Aygün Əliyeva çıxış ediblər.

Elmar








21 Aprel, 2014  14:27 Baxılıb: 1098 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner