Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA: nəticələr açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ötən il ərzində elmi kadrların hazırlanması istiqamətində görülən işləri açıqlayıb.

AMEA-dan Simsar.az-a verilən məlumata görə, akademiyada həyata keçirilən islahatların mühüm bir istiqaməti elmi fəaliyyətin əsas resursları olan yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlıdır.

Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Elmlər Akademiyası üzrə 2013-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə 205 nəfər, elmlər doktoru hazırlığı üzrə 72 nəfər, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 nəfər, elmlər doktoru hazırlığı üzrə 116 nəfər qəbul planı təsdiq edilib. Nəticədə müvəffəqiyyətlə imtahanları vermiş 199 nəfər doktoranturaya qəbul olunub. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 231 nəfərin qəbulu planlaşdırılıb.

Respublika prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” müvafiq sərəncamının icrası ilə əlaqədar 2013-cü ildə AMEA-nın altı nəfər gənc alimi Avropanın elmi mərkəzlərinə göndərilib.

 






21 Aprel, 2014  13:40 Baxılıb: 685 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner