Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əlilliyin müəyyən edilməsi üçün yeni - QAYDALAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sistemi qurulub. Simsar.az-ın verdiyi məlumata görə, verdiyi, əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin qurulması üzrə işlər artıq başa çatdırılıb.

Nazirliyin yerli Tibbi-sosial ekspert komissiyalarının (TSEK) yeni proqram təminatı ilə işləmək bacarıqlarına malik olmaları üçün Bakı şəhərində və respublikanın bölgələrində treninqlərə başlanılıb. Hazırda pilot işləri aparılan yeni proqram təminatı  əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrin nəticələri barədə məlumatların TSEK-lər tərəfindən elektron yolla informasiya sisteminə daxil edilməsinə şərait yaradacaq. Vətəndaşların əlillik vəziyyətinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) da səhiyyə müəssisələri tərəfindən elektron məlumat mübadiləsi sistemi vasitəsilə TSEK-lərə göndərilməsi ilə bağlı tədbirlər görülür.

Yeni yaradılan informasiya sistemi əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsi praktikasına da son qoyacaq. Belə ki, əlillik təyin olunması barədə müvafiq məlumatların TSEK-lər tərəfindən aidiyyəti orqanlara elektron yolla və operativ şəkildə göndərilməsi təmin olunacaq.

Əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin aradan qalxmasına və şəffaflığın təmin olunmasına, eyni zamanda vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğun qurulmasına xidmət edir. Qeyd olunan treninqlər yekunlaşdıqdan sonra yeni sistemin tətbiqinə başlanacaq.







21 Aprel, 2014  12:06 Baxılıb: 1146 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner