Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir BMT rəsmisi ilə görüşdü

Aprelin 18-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruku qəbul edib. Simsar.az İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanın BMT-nin bir sıra proqram və ixtisaslaşmış qurumları - İnkişaf Proqramı (UNDP), Sənaye İnkişaf Təşkilatı (UNİDO), eləcə də İnkişafa Yardım üzrə Çərçivə Sənədi (UNDAF) çərçivəsində mövcud əlaqələri və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Ölkəmizin BMT ilə əlaqələrini yüksək qiymətləndirən nazir Şahin Mustafayev bu əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini qeyd edib, 2016-2020-ci illəri əhatə edən növbəti UNDAF-ın hazırlanması üçün rəhbər komitənin təsis edilməsinin, işçi qruplarının yaradılmasının və seminarın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Nazir Şahin Mustafayev yeni UNDAF-ın prioritetlərinin "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəfləri ilə uzlaşdırılmasının ölkəmizə dəstək olacağını bildirmiş, BMT-nin Minilliyin İnkişafı Məqsədləri üzrə Azərbaycanın əldə etdiyi nəticələr – yoxsulluğun azalması, ekologiya sahəsində həyata keçirilən tədbirlər və s. barədə məlumat verib. Qeyd edilib ki, 2014-cü il Azərbaycanda "Sənaye ili"dir və bu çərçivədə BMT-nin UNİDO təşkilatı ilə əməkdaşlıq həyata keçirilə bilər.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk isə Azərbaycan və BMT arasında həyata keçirilən proqramlar, UNDAF çərçivəsində əməkdaşlıq, UNİDO ilə əlaqələrlə bağlı fikirlərini bölüşüb, əməkdaşlıq imkanlarına dair məlumat verib.







21 Aprel, 2014  10:03 Baxılıb: 782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner