Müdafiə naziri, general-polkovnik Zakir Həsənov C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə iştirak edib. Simsar.az-ın verdiyi məlumata görə,o, Naxçıvanda keçirilən genişmiqyaslı hərbi təlimlərdən razı qaldığını dilə gətirib. O, bildirib ki, inkişaf edən Naxçıvan etibarlı şəkildə qorunmalıdır və qorunur: ”Digər bölgələrdə olduğu kimi, Naxçıvanda da hərbi strukturların inkişafına diqqət yetirilməlidir.Təlimlər şəxsi heyətdə böyük ruh yüksəkliyi olduğunu sübut etdi.”