Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hesablama Palatasının səlahiyyətləri artırıla bilər

Azərbaycan Milli Məclisində Hesablama Palatasına əlavə səlahiyyətlərin verilməsi təklif olunub. Simsar.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov çıxış edib. O, sözü gedən qurumun aşkar etdiyi qanuna zidd əməlləri törədənləri cəzalandıra bilməsini vacib hesab edib. Deputat qeyd edib ki, palata 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntuları aşkarlayıb. Bunu nəzərə alaraq aşkar olunan korrupsiya faktları ilə bağlı ibtidai istintaq aparılması üçün səlahiyyət verilməsini tələb edib. Həmin səlahiyyətlərin qurumun fəaliyyəti üçün məhsuldar olacağını söyləyib. 

Qeyd edək ki, eyni təkliflə millət vəkili Zahid Oruc da çıxış edib.

Elmar Hüseynov






18 Aprel, 2014  14:05 Baxılıb: 625 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner