Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Hüseynli: “…bu vaxt yetərli deyil”

Milli Məclis Cinayət Prossesual Məcəlləyə dəyişiklik edib. Bu haqda deputatlara Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.Simsar.az-ın verdiyi məlumata görə, komitə sədri bildirib ki, CPM-yə əsasən şübhəli şəxs qismində tutlan şəxs 48 saatdan çox saxlanıla bilməz: “48 saat müddətində şübhəli şəxs ya azadlığa buraxılmalı ya da barəsində həbsqətimkan tədbiri seçilməlidir. Təcrübə göstərir ki, bu vaxt yetərli deyil. İnkişaf etmiş ölkələrin də təcrübəsində saxlama genişdir. Məsələn, Danimarka və Norveçdə bu 3 gündür. Elə ölkələr var ki, orada müddət altı gündür. Təklif edilir ki, real istintaq tədbirlərinin keçirilməsi, şübhəli şəxsin daha yaxından öyrənilməsi, istintaqın obyektiv aparılması üçün müddət 96 saata qaldırılsın.
BAXCP sədri Qüdrət Həsənquliyev Əli Hüseynlinin təkliflərini dəstəklədiyini deyib. Ancaq CPM 148.7 maddəsi ilə razı deyiləm. Məsələ toplantıların keçirilməsi ilə bağlıdır. Bu insan və vətəndaşın əleyhinə olan cinayətlər fəslinə aiddir. Hesab edirəm ki, bu çıxarılmalıdır. Toplantını keçirən şəxslər inzibati xətalar əsasında cəzalandırıla bilər. Toplantıların qaydasını pozan şəxsə 2 gün müddətinə ittiham irəli sürülə bilmirsə, müddət daha 2 gün uzadıla bilər. 169-cu maddənin bura salınmasını başa düşə bilmirəm. Təklif edirəm ki, bu maddə CPM-dən çıxarılmalıdır. Bəlkə 4 gündən sonra məhkəmə şəxsi cərimə edib buraxacaq. Fikrimcə, alternativ cəzalar məsələsi varsa, şəxsin barəsində həbsqətimkan tədbiri seçilməlidir”.

Fazil Mustafa isə Cinayət Məcəlləsində dəyişikliyi başa düşülən saysa da, İnzibati-Xətalar Məcəlləsində saxlanma müddətinin 48 saata qaldırılmasına ehtiyac olmadığını bildirdi. Deputat Çingiz Qənizadə isə dəyişikliklərə müsbət münasibət yanaşıb. Onun fikrincə, müddətin uzadılması təqsirləndirilən şəxslərin marağındadır: “Onlar istədikləri şəxs ilə müdafiə naminə müqavilə bağlaya biləcəklər. Bəzən tutulma həftə sonuna düşür və şəxs istədiyi şəkildə müdafiə oluna bilmir. Əslində,bu dəyişiklikər ağır və xüsusilə, ağır cinayətlərə şamil edilir, hansı ki orada işin yükü daha çox ağır olur. Bəzən inzibati xəta törədən çoxlu adam olur, onların hamısının sənədləşməsini qısa müddət ərzində aparmaq mümkün olmur. Bu baxımdan, müddətin uzadılması müsbət haldır.

Elmar






18 Aprel, 2014  14:03 Baxılıb: 671 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner