Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dövlətdən mənimsənilən 4.3 milyon manat büdcəyə qaytarılıb”

2013-cü ildə Hesablama Palatası xeyli miqdarda vəsaitin dövlət büdcəsinə və müvafiq qurumlara qaytarılmasına nail olub. Bu haqda Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisdə etdiyi məruzədə bildirib. V.Gülməmmədovun sözlərinə görə, Hesablama Palatası ötən il 75 audit yoxlaması həyata keçirib. Bu zaman aşkarlanan pozuntuların əksəriyyəti büdcə qanunvericiliyinin pozulması, mühasibat uçotunun yanlış aparılması ilə əlaqədar olub: “Büdcədən vəsaitlər smetada göstərilməyən xərclərə yönəldilib, satınalma aparılmayıb, bəzi halarda isə satınalmanın nəticələri nəzərə alınmayıb. Tikintilər zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilməməsi, Lisenziya olmadan fəlaiyyətlə bağlı nöqsanlar aşkarlanıb”. 

Hesablama Palatası ötən il büdcə qanunvericiliyinin pozulması nəticəsində aşkarlanan 4,3 milyon manat, 38 min avroluq vəsaiti dövlət büdcəsinə ödətdirilməsinə nail olub. Dövlət Sosial Müdafiə Fonduna 196 min manat köçürülüb. 232 min manata yaxın vəsait bərpa edilib. Vergilər Nazirliyi ilə birlikdə 2,5 milyon manatlıq əlavə vergilər hesablanıb. 1,7 milyon manatlıq əlavə iş və xidmət müəyyənləşdirilib. 1,2 milyon manatlıq inventar avadanlıq və dərman vasitələri alınaraq dövlət orqanlarına verilib. Uçotdan kənarda qalan 49,5 milyon manatlıq vəsait uçota alınıb. Hesabat dövründə Hesablama Palatası 132 təqdimat hazırlayıb ki, bunların 25 faizi nazirliklər, dövlət komitələrinə göndərilib. Görülən işlərlə əlaqədar 254 nəfər məsul şəxs intizam tənbehinə məruz qalıb.

V.Gülməmmədov bildirdi ki, ümumilikdə büdcəyə qaytarlan, bərpa edilən vəsaitlərin miqdarı Hesablama Palatasının saxlanmasına sərf edilən vəsaitlərdən qat-qat çoxdur.

Elmar Hüseynov






18 Aprel, 2014  13:36 Baxılıb: 630 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner