Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA-dan 328 maddəlik yeni nizamnamə

Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnamə layihəsi Rəyasət Heyətinin iclasında geniş müzakirə olunub. Simsar.az xəbər verir ki, bunu AMEA-nın vitse prezidenti İsa Həbibbəyli Akademiyanın 2013 –cü ilin hesabatına həsr olunmuş yığıncaqda çıxışı zamanı deyib. O bildirib ki, əvvəlki nizamnamədə 149 maddə var idisə, yeni layihədə 328 bənd öz əksini tapıb: “İlk dəfə olaraq bu nizamnamədə bir sıra bölmələr yeni olaraq təqdim edilib. AMEA-nın ümumi yığıncağı və Rəyasət Heyətinin səlahiyyətləri, akademiyanın regional bölmələri və elmi mərkəzləri, beynəlxalq əlaqələri, əmlakı və maliyyə vəsaiti kimi bölmələr 2002-ci ildə akademiyada qəbul olunan nizamnamədə yoxdur”,– deyə, o qeyd edib. 

İ.Həbibbəylinin sözlərinə görə,yeni nizamnamə layihəsi hazırda akademik Akif Əlizadənin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatı, ölkə prezidentinin akademiya qarşısına qoyduğu müasir vəzifələri tam əhatə edir. “Akademiyanın 70 illiyi ərəfəsində qəbul olunacaq yeni nizamnamə bu qurumun inkişafının sonrakı mərhələsinə meydan açacaq. Akademiya müasir dünya təcrübəsini öyrənərək yeni model əsasında öz inkişaf konsepsiyasını qurub”.

Aysel Kərimova






18 Aprel, 2014  13:17 Baxılıb: 648 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner