Milli Məclisinin bu gün keçirilən iclasında Fazil Mustafa istintaq altında saxlanılanlarla bağlı yeni təklif səsləndirilib.
Simsar.az-ın məlumatına görə,cari məsələlərin müzakirəsi zamanı deputat təklif edib ki, istintaq təcridxanalarında saxlanılanların saxlanma müddətinin hesablanması ilə bağlı dəyişikliyə ehtiyac var.
O təklif edib ki, təcridxanalarda istintaq altında saxlanılanların bir günü iki gün hesablansın.